Ağstafada ev yandı

Ağstafada ev yandı Hadisə

Ağstafada beş otaqlı ev yanıb.

Bu barədə News24.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib .

Bildirilib ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.