Ağstafada iki avtomobil toqquşdu, 3 nəfər xəsarət aldı - YENİLƏNDİ

Ağstafada iki avtomobil toqquşdu, 3 nəfər xəsarət aldı - YENİLƏNDİ Hadisə

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ " markalı minik avtomobili başqa bir avtomobillə toqquşub.

Qəza zamanı 1998-ci il təvəllüdlü M. Hüseynov, 2004-cü il təvəllüdü Y. Kazımov və 1999-cu il təvəllüdlü T. Quliyev xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. Hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. // APA

09:25


Martın 17-i saat 00:35 radələrində yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:

"1998, 1999, 2004-cü il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sıyrılmış yaraları diaqnozları təyin edilib.

Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri kafi qiymətləndirildiyi üçün evə buraxılıblar".