Ağstafada məktəbli bıçaqlandı - YENİLƏNDİ 2
Hadisə
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
News24.az-ın xəbərinə görə, rayonun 3 saylı tam orta məktəbinin şagirdi, 8-ci sinif şagirdi U. İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirib.
Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
11:10
Aprelin 21-i saat 14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib.
İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
"Aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli məktəbdən məlumat verilib.
"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".