Ağstafada qəza, xəsarət alanlar var - Video/YENİLƏNDİ
Hadisə
Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi, 1qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən News24.az-a verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (kişi) ambulator müalicə üçün evə buraxılıb.
1 nəfərə isə instumental diaqnostik müyinələrdən keçmək üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndəriş verilib.
**14:21
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” ilə digər avtomobil toqquşub.
Qəza zamanı 1970-ci il təvəllüdlü Çingiz Mustafayev,1980-ci il təvəllüdlü Elmar Rəhimov və Abidin Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. // Qafqazinfo