Ağsu rayonunun Qaravəlli kəndində ev yanıb

Ağsu rayonunun Qaravəlli kəndində ev yanıb Hadisə

Ağsu rayonunun Qaravəlli kəndində ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli dördotaqlı evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildiriblər ki, hadisə nəticəsində evin 238 kvadratmetrlik hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.