Qobustanda dəm qazından zəhərlənənlərlə bağlı AÇIQLAMA - Yeniləndi
Hadisə
Qobustanda 4 nəfər dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, 30 yaşlı Xədicə Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov Qobustan rayonunda yaşadıqları ünvanda dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
11:15
Aprelin 20-si saat 08:50 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2 kişi, 2 qadın) Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.