Alidə Mustafayeva icra başçısı ərindən ayrılıb? - Özündən REAKSİYA
Hadisə
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun şəxsi həyatı ilə bağlı yeni xəbər yayılıb.
News24.az xəbər verir ki, Seymur Orucov tanınmış aparıcı Alidə Mustafayeva ilə artıq ayrılıb. Bildirilir ki, cütlük altı aydan çoxdur ayrı yaşayır və münasibətlər himayələrində azyaşlı uşaq olmadığı üçün məhkəməyə getmədən notarial qaydada nikah əqdinin pozulması ilə yekunlaşıb.
Qeyd edək ki, Seymur Orucov bundan əvvəl İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Həmin nikah da bir müddət əvvəl rəsmi şəkildə pozulmuşdu.
Mənbənin verdiyi məlumata görə, evlənmələri rezonans doğuran tərəflər yenidən ictimai səs-küy yaranmaması üçün sosial şəbəkələrdə, xüsusilə də Facebook platformasında ailə vəziyyəti ilə bağlı statuslarını dəyişməyiblər. (yenicag.az)
****
Tanınmış aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə iddialar yayılıb.
News24.az xəbər verir ki, aparıcı sözügedən iddia ilə bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.
"Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır", - deyə paylaşımda qeyd edib.