Almaniya Kuboku matçında iğtişaşlar - 85 nəfər xəsarət aldı
Hadisə
Almaniya Kubokunda iğtişaşlar baş verib.
News24.az xəbər verir ki, hadisə “Valdhof” və “Kayzerslautern” komandaları arasında keçirilən matçda yaşanıb.
İğtişaşlar zamanı 85 nəfər xəsarət alıb.
Matç zamanı azarkeşlər bir-birlərinə pirotexniki vasitələr atıb, həmçinin meydana daxil olublar.
Vəziyyəti nəzarətə almaq üçün polis müdaxilə edib.
Hadisə zamanı 35 polis əməkdaşı fişənglər səbəbindən yüngül xəsarət alıb. Bir neçə azarkeş saxlanılıb.