“Alnım açıq, başım dikdir”

“Alnım açıq, başım dikdir” Hadisə

Türkiyədə tanınmış simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktyor Oktay Kaynarcanın saç və qan nümunələri üzrə aparılan testlərin nəticəsi mənfi çıxıb.

News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan istintaq zamanı Kaynarca və müğənni Emel Müftüoğlu sərbəst buraxılıblar. Digər şəxslərdən ikisi həbs edilib, ikisi isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Kaynarca prokurorluqda verdiyi ifadədə ona qarşı səsləndirilən narkotik və fahişəliyə vasitəçilik iddialarını qəti şəkildə rədd edib. O bildirib ki, bu cür cinayətlərlə əlaqəsi yoxdur.

Test nəticəsi bəlli olduqdan sonra açıqlama verən aktyor, ömrü boyu şərəf və vicdan prinsipləri ilə yaşadığını vurğulayıb, ittihamların əsassız olduğunun sübuta yetdiyini bildirib.

"Həyatım boyu böyüklərimdən mənə miras qalan, onlardan öyrəndiyim prinsiplərə uyğun yaşamağa çalışmışam. Ləyaqət, şərəf, qürur, vicdan və mərhəmət həyat yolumun dəyişməz anlayışları olub. Son dövrdə hamının şahidi olduğu bu xoşagəlməz ittiham tam şəkildə təkzib olundu və “narahat olmayın, alnım açıq, başım dikdir", - deyə verdiyim sözü də sübut etmiş oldum".

Kaynarca həmçinin ona göstərilən geniş ictimai dəstəyə görə təşəkkür edib və dövlətin narkotiklə mübarizə tədbirlərini dəstəkləməyə davam edəcəyini qeyd edib.

Nilufər