ANAMA-nın əməkdaşı Xocalıda qəzaya düşərək öldü – FOTOLAR
Hadisə
ANAMA əməkdaşı Xocalıda qəza zamanı həyatını itirib.
News24.az xəbər verir ki, əslən Füzuli rayonundan olan Elnur Rüstəmov idarə etdiyi yükdaşıyan avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü Elnur Rüstəmov hadisə yerində həyatını itirib.
O, ANAMA-da sürücü vəzifəsində işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz.