Anbarda məhsulları yanan sahibkar: - "Həyatım orada qaldı"

Anbarda məhsulları yanan sahibkar: - "Həyatım orada qaldı" Hadisə

"Deyilənə görə, yanğına qonşu mağazalardan birindəki qısaqapanma səbəb olub. Anbarlarda qida, bitki yağları, kompüter və digər avadanlıqlar var idi".

News24.az Report-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki anbarda yanğından zərər çəkmiş sahibkar Elis Abbasova deyib.

O, sözlərinə belə davam edib:

"İçəridən heç nə çıxara bilmədik. Mənim bütün həyatım orada qalıb, dayanıb".