Antalyaya uçan təyyarədə bomba həyəcanı
Hadisə
İngiltərənin Bristol şəhərindən Antalyaya uçan “SunExpress” hava şirkətinə məxsus təyyarə göyərtədə bomba olması barədə məlumatdan sonra “London-Stansted” hava limanına təcili eniş edib.
News24.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
“Müvafiq yoxlamalardan sonra bomba xəbərdarlığının yalan olduğu müəyyənləşib”, - deyə məlumatda bildirilib.
Mümkün təhlükə siqnalı təyyarə havaya qalxdıqdan qısa müddət sonra daxil olub. Heyət təyyarəni təcili olaraq “London-Stansted” hava limanına endirmək qərarı verib.
Hadisə yerində təyyarəyə baxış keçirilib və zəruri yoxlamalar aparılıb.