Arvadına qeybətcil deyən qonşusunu - BIÇAQLADI

Arvadına qeybətcil deyən qonşusunu - BIÇAQLADI Hadisə

İndoneziyada bir kişi qonşusunu arvadı haqqında qeybətcil dediyi üçün bir neçə dəfə bıçaqlayıb. 

News24.az World of Buzz-a istinadla xəbər verir ki, 38 yaşlı kişi bu hadisədən sonra həbs olunub.

Yerli KİV-in məlumatına görə, mübahisə zərərçəkənin hücum edən şəxsin həyat yoldaşını “qeybət etməyi sevən” biri adlandırmasından sonra başlayıb. Hücum nəticəsində qonşu hər iki əlindən və qarının sağ nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb. Zərərçəkən qaçmağa çalışsa da, hücum edən onu təqib edərək bir daha bıçaqlayıb.

Hadisədən sonra kişi bir neçə gün hüquq-mühafizə orqanlarından gizlənsə də, daha sonra özü polisə təslim olub.

Polis, zərərçəkənin sağalmasını gözləyir ki, hadisə ilə bağlı tam istintaq aparılsın. Maraqlısı odur ki, zərərçəkən də məsuliyyətə cəlb oluna bilər, çünki özünü müdafiə etməyə çalışarkən təsadüfən qonşusunun arvadını bıçaqlayıb.

Məryəm İlhamqızı