Arvadına sataşan şəxsi mikroavtobusla vurdu - ANBAAN VİDEO

Arvadına sataşan şəxsi mikroavtobusla vurdu - ANBAAN VİDEO Hadisə
Türkiyənin İstanbul şəhərinin Sancaktəpə rayonunda dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, Sancaktəpədə Nevzat A. adlı şəxs ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Buna səbəb onun mikroavtobusla vurulması olub. Hadisəni Ömürcan Y. adlı şəxs törədib. O, arvadı Funda Y. tərəfindən edilən zəngdən sonra Nevzat A-nı cəzalandırmaq qərarına gəlib. Buna qədər isə Funda.Y-a sataşan kişi ondan əl çəkməyib.

Ömürcan Y. hadisə yerinə gəldikdən sonra idarə etdiyi mikroavtobusu arvadına sataşan şəxsin üzərinə sürüb. Yerli polis əməkdaşları hadisə yerinə gəldikdən sonra şübhəli şəxsi saxlayıblar. /BAKU.WS/