Avropa ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmasına reaksiya verdi

Avropa ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmasına reaksiya verdi Hadisə

ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı Londonun Kiyevə hərbi yardımına təsir etməyəcək. 

News24.az xəbər verir ki, bu barədə “The Guardian” Britaniya mənbələrinə istinadən məlumat verib.

Ukraynanın Avropadakı müttəfiqləri “boşluqları doldurmağa” çalışıblar, lakin Qərb hərbi rəsmiləri çoxdan etiraf ediblər ki, ABŞ tərəfi Ukraynanı kritik silahlarla təmin edir.

Qeyd edək ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Kiyevə silah tədarükünün dayandırıldığını açıqlamışdı. Diplomat vurğulayıb ki, Vaşinqton ilk növbədə ABŞ-ın ehtiyaclarını təmin edəcək.