Avtomobil piyadanı - VURDU

Avtomobil piyadanı - VURDU Hadisə
Saatlıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

News24.az xəbər verir ki, Saatlının Soltanabad kəndində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Asif Adışirin oğlunu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.