Avtomobilin 4 nəfəri vurduğu hadisənin görüntüləri - Video
Hadisə
Dünən saat 12:00 radələrində Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az verir ki, 19 yaşlı şəxsin idarə etdiyi “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı maşın yüksək sürətlə hərəkətdə olarkən qarşısına anidən digər avtomobil çıxıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yol kənarında hərəkət edən 4 piyadanı vurub. Daha sonra rabitə dirəyini və ağacı aşırıb.
Hadisə 1959-cu il təvəllüdlü Qəribə Səfərovanın ölümünə, 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N.Məmmədov və daha bir azyaşlının isə xəsarətlər almasına səbəb olub.
Qəza anını əks etdirən görüntüləri təqdim edirik: