Axşam saatlarında ağır qəza – YARALANAN VAR/YENİLƏNDİ

Axşam saatlarında ağır qəza – YARALANAN VAR/YENİLƏNDİ Hadisə

Gəncə prospektində baş verən qəzada yaralanan şəxsin vəziyyəti açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə sorğumuza cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 17.02.2026-cı il tarixində saat 20:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 62 yaşlı (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

**

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Gəncə prospekti ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən qadını "Toyota Corolla” avtomobili vurub.

Əlavə məlumat veriləcək.

Videoya keçid üçün