Azərbaycan axtarışda olan şəxsi Türkiyəyə təhvil verdi

Azərbaycan axtarışda olan şəxsi Türkiyəyə təhvil verdi Hadisə

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan qırmızı bülletenlə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib.

News24.az xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında paylaşıb.

Bildirilib ki, ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.