Azərbaycan idmanında ağır itki
Hadisə
Azərbaycan cüdo ictimaiyyətinə ağır itki üz verib.
News24.az xəbər verir ki, ölkənin ilk cüdo məşqçilərindən biri, yığma komandanın ilk məşqçiləri sırasında yer alan Əhmədov Əziz-Ağa Ata-Baba oğlu (11.09.1946 – 06.03.2026) vəfat edib.
Uzun illər gənc idmançıların yetişməsində böyük xidmətləri olan Əziz-Ağa müəllimin yetirmələri arasında cüdo üzrə dəfələrlə dünya və Avropa mükafatçısı, sambo üzrə 4 qat dünya və 5 qat Avropa çempionu, əməkdar idman ustası Natiq Bağırov, dəfələrlə Azərbaycan və ümumittifaq turnirlərinin qalibləri İsmət İskəndərov, Asif və Arif Yusifovlar, Arif Qasımov, Azərbaycanın əməkdar məşqçiləri Ruzbeh və Rauf Vəliyevlər, Etibar Bağırov, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirov, Avropa çempionatının gümüş mükafatçısı Tərlan Poladov, VIII SSRİ Xalqlarının Spartakiadasının mükafatçısı İlham Cəfərov, İrsil Xaimov, Əkbər Kərimov, Anatoliy Kaxaneviç, Mirəli Seyidov və yüzlərlə idmançı yer alır.
