Azərbaycanda pulun üstünə tüpürəndən sonra ödəniş edən gənc - ÜZR İSTƏDİ - Video

Azərbaycanda pulun üstünə tüpürəndən sonra ödəniş edən gənc - ÜZR İSTƏDİ - Video Hadisə
"Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq polis orqanına çağırılıb".

News24.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: "O, bu əməlindən peşiman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzxahlıq edib".

Qeyd edək ki, Etibar İskəndərovun pul nişanına hörmətsizlik etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.