Azərbaycanda məktəbli itkin düşdü

Azərbaycanda məktəbli itkin düşdü Hadisə

Bakıda məktəbli itkin düşüb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon Qaraçuxur qəsəbə sakini O.Əliyeva polisə müraciət edərək bildirib.

O qeyd edib ki, oğlu 2010-cu il təvəllüdlü Ö.Əliyev oktyabrın 28-də saat 15:30 radələrində təhsil aldığı 146 saylı orta məktəbi tərk edib və daha sonra övladından xəbər ala bilməyib.

Müraciətlə bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində araşdırma aparılır.