Azərbaycanda Məktəblilər arasında MÜBAHİSƏ: - 7-ci Sinif Şagirdi...

Azərbaycanda Məktəblilər arasında MÜBAHİSƏ: - 7-ci Sinif Şagirdi... Hadisə

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.