Azərbaycanda məktəblini avtomobil vuraraq öldürdü

Azərbaycanda məktəblini avtomobil vuraraq öldürdü Hadisə

Hacıqabulda məktəblini avtomobil vuraraq öldürüb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 10-12 yaşlarında olan məktəblini avtomobil vurub. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.