Azərbaycanda ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlandı

Azərbaycanda ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlandı Hadisə
Polis əməkdaşları ölkə ərazisində ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlayıb.


Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub.