Azərbaycanda pilləkəndən yıxılan 2 nəfər öldü
Hadisə
Şəmkir rayonunda faciəli hadisə qeydə alınıb.
News24.az xəbər verir ki, yanvarın 17-si saat 12 radələrində Yuxarı Seyfəli kənd sakini 1993-cü il təvəllüdlü Aliq Xaliq oğlu Məmmədov yaşadığı evin həyətində pilləkəndən yıxılaraq ölüb.
Bundan başqa Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Ağasi oğlu Babayev yanvarın 7-də pilləkəndən yıxılıb. İş yerindən xəstəxanaya aparılan A.Babayev yanvarın 18-i orada ölüb.
Qeydə alınan faktlarla bağlı araşdırmalar aparılır.
Yaşar Araz