Azərbaycanlı cinayətkar qrupun lideri saxlanıldı
Hadisə
Rusiyanın Mari El Respublikasında qanunsuz bizneslə məşğul olan cinayətkar qruplaşmanın lideri Ədalət Babayev saxlanılıb.
News24.az Lent.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-qanuni dövriyyədən dəyəri 6 milyon rubldan çox (65 min dollardan çox) olan etiketsiz tütün məhsullarının böyük partiyasını müsadirə ediblər.
Cinayətkarlıqda şübhəli bilinən azərbaycanlı təcridxanaya yerləşdirilib.