Azərbaycanlı tələbə Prezident mükafatına - LAYİQ GÖRÜLDÜ
Hadisə
2024-cü il Gənclər üçün Prezident mükafatını qazanan tələbənin adı bəlli olub.
News24.az bildirir ki, bu mükafata Fatimə Məmmədova layiq görülüb.
O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsidir.
Gəncə tələbə "Teknofest" yarışmasının qızıl medalçısı, həmçinin bir neçə beynəlxalq müsabiqələrin startap qalibidir.
Qeyd edək ki, o, bu mükafatı qazanan tək bakalavr tələbəsidir.
Aynurə