Azərbaycanda 52 yaşlı aktyor vəfat etdi - FOTO
Hadisə
Füzuli Dövlət Dram Teatrının aktyoru Habil Hacıyev vəfat edib.
News24.az-ın məlumatına görə, 52 yaşlı aktyor xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Habil Mirzə oğlu Hacıyev 1970-ci il mart ayının 28-də Füzuli rayon Qaradağlı kəndində anadan olub. 1990-1992-ci illərdə Zaqatala Politexnik Texnikumunu bitirib.
2001-2006-cı illərdə Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakultəsini bitirib. 1989-cu ildən teatrda aktyor kimi fəaliyyət göstərib. Eyni zamanda direktor müavini vəzifəsində çalışıb.
Aktyor işlədiyi müddətdə S.Rəhmanın "Toy” komediyasında Şeyda, C.Məmmədovun "Günəş zindanda” Kamran, S.S.Axundovun "Tamahkar” əsərində Qulu və Hacı Saleh, M.Qacarın "Qabanın səfəri”ndə çaqqal, L.Rəşidzadənin "Toya bir gün qalmış” tamaşasında Qulam, A. Şaiqin "Bir saat xəlifəlik” əsərində Malik İbn Səid, A.Məmmədovun "Həmyerlilər”ində Gümüşov, A.P.Çexovun "Təklif”ində Çubukov, C.Məmmədquluzadənin "Kamança” əsərində Əziz, İ.Məlikzadənin "Subaylarınızdan görəsiniz” tamaşasında Seyfi obrazlarını canlandırıb. 1993-cü ildən Teatr Xadimlər İttifaqının üzvü olub. Həmçinin Azərbaycan Milli Teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.