Azərbaycanda mayorun iddiası rədd edildi – Qonşusuna bəraət verildi

Azərbaycanda mayorun iddiası rədd edildi – Qonşusuna bəraət verildi Hadisə

Bərdə rayonunda qonşular arasında məhkəmə çəkişməsi onlardan birinin bəraət alması ilə yekunlaşıb.

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Mollalı kəndində yaşayan mayor rütbəli hərbçi R. Məmmədov qonşusu İ. Məmmədov barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Mayor qonşusunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edib, iddia edib ki, İ. Məmmədov barəsində təhqir və böhtanlar yazır, dövlət qurumlarına əsassız şikayətlər ünvanlayır.

Müəyyən edilib ki, qonşuların münasibətləri uzun müddətdir gərgin olub. Məhkəmə araşdırması göstərib ki, İ. Məmmədovun əməlində böhtan və təhqir elementləri yoxdur. Bu səbəbdən Bərdə rayon Məhkəməsi ona bəraət verib.

Yaşar Araz