Azərbaycanlı repçi Moskvada qəza törətdi – VİDEO
Hadisə
Repçi Navai Moskavada qəza törədib.
News24.az xəbər verir ki, o, "Ferrari" markalı avtomobili ilə Zubovski bulvarında yoldan çıxıb və işıqfora çırpılıb.
Hadisə zamanı repçi avtomobilində dostu ilə birlikdə olub. Heç biri xəsarət almayıb.
Navai qəza barədə ilk açıqlamasında "Sürətli sürmürdüm, təkərlər pisdir" deyə bildirib.
"Avtomobilə heyfim gəlmir. Əsas odur ki, hamı sağ-salamatdır", – o deyib.