Babək prospektində zəncirvari qəza - 4 maşın toqquşdu - Video

Babək prospektində zəncirvari qəza - 4 maşın toqquşdu - Video Hadisə

Paytaxtın Babək prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə səhər saatlarına qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota", "Ford", "Kia" və "Hyundai" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində maşınlara ciddi ziyan dəyib.(Unikal)