Bakı-Şamaxı avtomobil yolunda yük avtomobili aşdı

Bakı-Şamaxı avtomobil yolunda yük avtomobili aşdı Hadisə

Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, ilkin məlumata əsasən Şamaxının Acıdərə adlanan ərazisində ağır tonnajlı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb.

Hazırda yolda hərəkət tam bərpa olunub. (APA)