Bakıda DƏHŞƏT: gənc boksçu döyüşdə öldü

Bakıda DƏHŞƏT: gənc boksçu döyüşdə öldü Hadisə

Bakıda boksçu yarışda ölüb.

Azərbaycan Boks Federasiyasından News24.az-a verilən məlumata görə, fevralın 14-də iki yeniyetmə boksçu – Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili tibbi yardım briqadası müdaxilə edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birlikdə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə federasiyanın mətbuat xidmətindən bildirilib.||lentaz