"Bakı Bus"a məxsus avtobus "KamAZ"la toqquşdu

"Bakı Bus"a məxsus avtobus "KamAZ"la toqquşdu Hadisə

Gəncədə sərnişin avtobusu ilə yük maşını toqquşub, xəsarət alan var.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"Bakı Bus"a məxsus sərnişin avtobusu ilə "KamAZ" markalı yük maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunun sürücüsü 1992-ci il təvəllüdlü V.Verdiyev xəsarət alıb, xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.