Bakı-Qazax yolunda qəza - Yaralılar var - Video

Bakı-Qazax yolunda qəza - Yaralılar var - Video Hadisə

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə magistralın Hacıqabulun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” markalı avtomobilin aşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.