Bakı-Qazax yolunda QƏZA: Yük maşını TIR-la - TOQQUŞDU

Bakı-Qazax yolunda QƏZA: Yük maşını TIR-la - TOQQUŞDU Hadisə

Bakı-Qazax yolunda hərəkət nisbətən məhdudlaşdırılıb.

News24.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində məişət əşyaları daşıyan yük maşını TIR-la toqquşub.

Nəticədə avtomobildə olan yük yola dağılıb. Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Aidiyyəti qurumların müdaxiləsi nəticəsində yolda hərəkət bərpa edilib.