Bakıda 36 yaşlı kişini avtomobil vurub
Hadisə
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az “Report”a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Əbilov Eşqin Akif oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.