Bakıda 37 yaşlı kişini maşın vurub öldürdü

Bakıda 37 yaşlı kişini maşın vurub öldürdü Hadisə

Mayın 15-də Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, 21 yaşlı Elvin Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1988-ci il təvəllüdlü piyada  Hasılov Pərvin Mirzə oğlunu vurub.

Ağır xəsarətlər alan piyada Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb.