Bakıda 47 yaşı "vayner" həbs edildi

Bakıda 47 yaşı "vayner" həbs edildi Hadisə

Sosial şəbəkədə söyüşlü paylaşımlar edən “vayner” həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkə platformalarından birində söyüşlü videolar paylaşan Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi sakini, 1979-cu il təvəllüdlü S. Abdullayev (şərti) Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S. Abdullayev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, o, verdiyi izahatda “vayn” formatında paylaşdığı videoda söyüş söydüyünü etiraf edib.

Yaşar Araz