Bakıda 92 yaşlı kişi kafedə öldü
Hadisə
Bakıda kafedə ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə aprelin 22-si saat 20 radələrində Səbail rayonu ərazisindəki iaşə obyektlərindən birində qeydə alınıb.
Şahbuz rayon sakini 1934-cü il təvəllüdlü Naqim Mirheydər oğlu Seyidov A.Abbaszadə küçəsi 17 “A”-da yerləşən kafedə ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz