Bakıda avtobusda sərnişin öldü - Yeniləndi
Hadisə
Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb.
Binəqədi rayonu 9-cu mikrorayon ərazisindən keçən avtobusda sərnişin olan 60-65 yaşlı kişi özünü pis hiss edib və oturduğu yerdə qəfildən keçinib.
Əraziyə təcili yardım briqadası və prokurorluq əməkdaşları cəlb edilib.
Yaşar Araz
****
Fevralın 18-də saat 08:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindən çağırış qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 71 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd edilib.