Bakıda binada partlayış - ÖLƏN VAR - YENİLƏNDİ
Hadisə
Nəsimi rayonunda yeni tikilmiş binada partlayış olub.
News24.az xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.
Partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.
Hadisənin baş vermə səbəbi araşdırılır.(bakuws)

Aprelin 14-ü saat 14:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4.mkr ərazisindən çağırış qeydə alınıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub.