Bakıda dövlət müəssisəsində FACİƏ: işçini "tok" vurub öldürdü

Bakıda dövlət müəssisəsində FACİƏ: işçini "tok" vurub öldürdü Hadisə

Bakıda dövlət müəssisəsində bədbəxt hadisə baş verib. 

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 

Rayon ərazisində yerləşən dövlət müəssisələrinin birində çalışan, 1985-ci il təvəllüdlü Elnur Zeynalovu iş yerində elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.