Bakıda evdən 17 min manatlıq qızıl oğurlandı

Bakıda evdən 17 min manatlıq qızıl oğurlandı Hadisə

Bakıda oğurluq baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində mənzillərin birindən 17000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.