Bakıda evdən 90 minlik - OĞURLUQ

Bakıda evdən 90 minlik - OĞURLUQ Hadisə

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində evdən 1700 manat, 85000 rubl pul vəsaiti və 500 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.