Bakıda Film Fondunun əməkdaşı həbs edildi

Bakıda Film Fondunun əməkdaşı həbs edildi Hadisə

Bakıda Azərbaycan Respublikası Dövlət Film Fondunun əməkdaşı həbs edilib.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Fondda biblioqraf vəzifəsində çalışan 1999-cu il təvəllüdlü H.Həsənov (şərti) Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsində ictimai yerdə xırda xuliqanlıq əməli törətməsi bildirilib.

Polis əməkdaşları tərəfindən barəsində protokol tərtib edilən fond əməkdaşı məhkəmənin müvafiq qərarı ilə 1 ay müddətinə inzibati həbs edilib.

Yaşar Araz