Bakıda hoteldə ölüm hadisəsi

Bakıda hoteldə ölüm hadisəsi Hadisə

Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, iyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.