Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır
Hadisə
Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölmələri faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 26-da paytaxtın Nərimanov rayonu ərazində 2001-ci il təvəllüdlü Əli Həsənov və 2002-ci il təvəllüdlü Sərxan Həsənovun kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.