Bakıda mağazalardan oğurluq edən şəxslər saxlanıldı

Bakıda mağazalardan oğurluq edən şəxslər saxlanıldı Hadisə

Xəzər rayonu ərazisində yerləşən mağazaların birindən 2616 manat oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törədən şəxsin 23 yaşlı R.Rzayev olduğu müəyyən edilərək saxlanılıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə zərərçəkmişin evindən 1400 manat pul oğurlayan 33 yaşlı X.Məmmədov tutulub. Onun üzərindən narkotik vasitə marixuana da aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.